Şəmkirdə 37 yaşlı qadını bıçaqlanıb
Tarix: 04-07-2022 16:30 | Bölmə: Cəmiyyət
Şəmkirdə 37 yaşlı qadını bıçaqlanıb

Şəmkirdə 37 yaşlı qadını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Məlumata görə, Şəmkir rayon sakini, 1985-ci il təvəllüdlü T.Əliyevanı bıçaqlamaqda şübhəli bilinən şəxs - onun həyat yoldaşı E.Əliyev polis əməkdaşlarını apardıqları əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb və istintaqa təhvil verilib.

Qeyd edək ki, bədəninin müxtəlif nahiyələrindən bıçaq xəsarətləri alan qadın xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olaraq qaldığı bildirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}