Xırdalan qəbiristanlığından kəsilmiş insan ayağı tapılıb
Tarix: 06-07-2022 09:20 | Bölmə: Cəmiyyət
Xırdalan qəbiristanlığından kəsilmiş insan ayağı tapılıb

Xırdalan şəhər qəbiristanlığından kəsilmiş insan ayağı tapılıb.

Reyting.az
APA-ya istinadla xəbər verir ki, ötən gün 17:30 radələrində qəbirstanlığın mollası tərəfindən insan ayağı aşkar edilib.

Hadisə yerinə dərhal hüquq-mühafizə orqanının əməkdaşları cəlb olunub. Hadisə yerinə baxış keçirilib, aşkar olunan ayaq ekspertiziya göndərilib. Ayağın büküldüyü göy rəngli parçaların tibbi müəssisələrdə istifadə olunan geyim paltarının parçası olması, həmçinin tənzifin olması müəyyən edib ki, aşkar olan ayaq cərrahiyə yolu ilə kəsilib.

Faktla bağlı araşdırma aparılır.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}