16:39 / 28-11-2024
Sabah qar yağacaq
Nazirlər Kabinetinin şöbə müdiri milyonluq obyekt tikdirir - Fotolar
Tarix: 06-07-2022 13:59 | Bölmə: Cəmiyyət
Nazirlər Kabinetinin şöbə müdiri milyonluq obyekt tikdirir

Azərbaycanda vəzifəli şəxslərin böyük bizneslərə, obyektlərə sahib olmaları artıq adi hal alıb. Hətta xalq arasında villaları, milyonluq biznes obyektləri olmayan məmurlara “fərsiz məmur” kimi baxırlar.

Dövlətdən maliyyələşən təşkilatlara rəhbərlik edən əksər məmurların sahib olduqları var-dövlətlə aldıqları məvaciblər arasında isə böyük fərq var.

Hətta bəzi məmurlar qanunun tələblərini pozaraq biznes və sahibkarlıq fəaliyyəti ilə şəxsən məşğul olurlar.

Reyting.az AzFakt.com-a istinadla xəbər verir ki, belə məmurlardan biri də Nazirlər Kabinetinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Zakir İlqar oğlu Paşayevdir.


Z. Paşayev

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Tikintiyə icazə verilməsi ilə bağlı informativ və statistik xarakterli məlumat bazasında bildirilir ki, Z. Paşayev Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində 0.12 sot ərazidə tikinti sahəsi 718.48 kvadrat metr olan 2 mərtəbəli ictimai iaşə obyekti inşa etdirir.

Baş nazir Əli Əsədovun sabiq köməkçisi Zakir Paşayevin adına sənədləşdirilən obyektin hazırkı bazar qiymətinin isə 1 milyon manatdan çox olduğu deyilir.

Xatırladaq ki, Z. Paşayev 2019-2020-ci illərdə Baş nazir Ə. Əsədovun köməkçisi vəzifəsində işləyib. 2020-ci ildən isə Nazirlər Kabinetinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri vəzifəsində çalışır.


Qarşı tərəfin mövqeyinə yer ayırmağa hazırıq.




Bölməyə aid digər xəbərlər
Dünən, 16:39 Sabah qar yağacaq
Dünən, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər