Müəllimlərin işə qəbulu müsabiqəsinə start verilir
Tarix: 06-07-2022 15:24 | Bölmə: Cəmiyyət
Müəllimlərin işə qəbulu müsabiqəsinə start verilir

İyulun 14-dən 2022-2023-cü tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsinə start veriləcək.

Təhsil Nazirliyindən Reyting.az-a verilən məlumata görə, test imtahanı mərhələsinin keçiriləcəyi tarix və yer barədə məlumat tezliklə namizədlərin şəxsi səhifələrinə göndəriləcək.

Qeyd edək ki, namizədlər şəxsi səhifəsində göstərilən son qeydiyyat saatından sonra imtahan zalına buraxılmayacaq.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}