16:39 / 28-11-2024
Sabah qar yağacaq
70 milyondan çox insan aclıq problemi ilə üzləşə bilər
Tarix: 06-07-2022 23:15 | Bölmə: Cəmiyyət
70 milyondan çox insan aclıq problemi ilə üzləşə bilər

Ukraynadakı vəziyyətə görə dünyada təxminən 40 milyon insan qida çatışmazlığı problemi ilə üzləşəcək.

Reyting.az
xəbər verir ki, bunu BMT Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Baş iqtisadçısı Maksimo Torero deyib.

“Aqrar-sənaye sektoru hazırda ciddi qeyri-müəyyənlik vəziyyətindədir. Əgər Ukraynadakı vəziyyətin təsirini proqnozlaşdırsaq, o zaman 2022-ci ildə xroniki qida çatışmazlığı ilə üzləşən ən azı 40 milyon insan olacaq”, - Torero bildirib.

Onun sözlərinə görə, 2023-cü ildə 70 milyondan çox insan aclıq problemi ilə üzləşə bilər.

Qeyd edək ki, “Bloomberg”in yazarı Amanda Littl də bildirib ki, ABŞ-da artan aclıq epidemiyası müvəqqəti problemdən davamlı reallığa çevrilir. Onun sözlərinə görə, 2021-ci ildə hər altı amerikalıdan biri ərzaq banklarına kömək üçün müraciət edib:

“Bu, 2019-cu ildəki 40 milyon insan sayı ilə müqayisədə 53 milyon nəfər deməkdir. Pandemiyanın səngiməkdə olmasına baxmayaraq, ABŞ-da ac insanların sayı artmaqda davam edir”.(Report)




Bölməyə aid digər xəbərlər
Dünən, 16:39 Sabah qar yağacaq
Dünən, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər