16:39 / 28-11-2024
Sabah qar yağacaq
UNİCEF: "Məktəblərin yeməkxanalarında uşaqlara şəkər tərkibli içkilər satılır"
Tarix: 07-07-2022 11:00 | Bölmə: Cəmiyyət
UNİCEF: "Məktəblərin yeməkxanalarında uşaqlara şəkər tərkibli içkilər satılır"

“Düzgün qidalanma hər bir uşağın həyatına təsir edir. Bütün uşaqlar düzgün şəkildə qidalanmadıqda bu, onların sağlamlığına təsir edir. Yalnış qidalanma fiziki qüsurlara da gətirib çıxarır”.

Bunu BMT-nin Uşaq Fondunun (UNİCEF) Azərbaycandakı nümayəndəsinin müavini Villiam Abi Abdullah “Məktəblilərin qida bələdçiləri” pilot layihəsinin yekunlarına həsr olunan tədbirdə deyib.

Onun sözlərinə görə, bütün bu hallar uşaqların təhsilinə təsir göstərir: “Sağlam qidalanma vərdişlərinin uşaqlara aşılanması ilə bağlı bu mühüm layihəni tərəfdaşlarımızla yerinə yetiririk. Biz 16 məktəbdə oxuyan şagirdlərin biliklərini əvvəlcə araşdırdıq. Layihənin əvvəlində şagirdlər bildirdi ki, onlar məktəbə gələndə səhər yeməyi yemirlər. Ancaq layihədən sonra bu hal 20 faizdən 7 faizə düşdü. Mən çox məmnunam ki, layihələrin müsbət nəticələri ortaya çıxdı".

"Onu da qeyd edim ki, təəssüflər olsun ki, layihə əsnasında məlum oldu ki, məktəblərdə qida mühiti uşaqların kökəlməsinə şərait yaradan vəziyyətdədir. Məktəblərin yeməkxanalarında uşaqlara şəkər tərkibli içkilər satılır. Bu məsələnin həlli üçün çoxtərəfli yanaşmaya üstünlük verməliyik. Sağlam qida vərdişləri ilə bağlı uşaqların maarifləndirilməsi vacibdir”, - o bildirib.




Bölməyə aid digər xəbərlər
Dünən, 16:39 Sabah qar yağacaq
Dünən, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər