Müəllimlərin işə qəbulu imtahanı: keçid balları hələ müəyyənləşməyib
Tarix: 07-07-2022 11:58 | Bölmə: Cəmiyyət
Müəllimlərin işə qəbulu imtahanı: keçid balları hələ müəyyənləşməyib

"Müəllimlərin işə qəbulu imtahanları başa çatdıqdan sonra ayrı-ayrı fənlər üzrə nəticələrdən asılı olaraq keçid balları müəyyənləşdiriləcək".

Reyting.az
xəbər verir ki, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov deyib.

Onun sözlərinə görə, hazırda vakant yerlərin müəyyənləşdirilməsi prosesi davam edir və çalışmanın yaş həddinə çatmış müəllimlərin məlumatları toplanır.

Təhsil Nazirliyinin rəsmisi bildirib ki, vakant yerlərin müəyyənləşdirilməsi ilə bağlı yerli idarəetmə orqanlarına tapşırıqlar verilib.

Onun sözlərinə görə, müəllimlərin işə qəbulu üzrə müsabiqənin əsas mərhələsi 14-22 iyul tarixlərini əhatə edəcək: "Müəllimlərin işə qəbulu üzrə builki imtahanlarda əvvəlki illərdən fərqli olaraq bir neçə yeniliklər tətbiq olunacaq. Əvvəlki illərin təcrübəsinə əsaslanaraq və namizədlərin çoxsaylı müraciətlərini nəzərə alaraq imtahan müddətini hər fənn üzrə 90 dəqiqədən 120 dəqiqəyədək artırmışıq".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}