Kamran Əliyev prokurorluqda kadr dəyişikliyi edib
Tarix: 07-07-2022 18:50 | Bölmə: Cəmiyyət
Kamran Əliyev prokurorluqda kadr dəyişikliyi edib

Şabran rayonuna prokuror təyinatı olub.

Reyting.az
xəbər verir ki, Baş prokuror Kamran Əliyevin əmr ilə Axundov Cəlaləddin Nizaməddin oğlu Şabran rayon prokuroru vəzifəsinə təyin edilib.

Onu da qeyd edək ki, Kamran Əliyevin əmri ilə Nəsimi rayon prokurorunun müavini Kənan Əliyev vəzifəsindən kənarlaşdırılıb.

Əmrə əsasən, Kənan Əliyev Daxili işlər orqanlarının İstintaq, tədqiqat və əməliyyat axtarışına nəzarət idarəsinə rəis müavini təyin olunub.

Eyni zamanda, Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin şöbə rəisi Fərid Dadaşov vəzifəsindən azad olunaraq Nəsimi rayon prokurorunun müavini təyin edilib.

Baş Prokurorluğun Mətbuat Xidməti hər iki faktı APA-ya təsdiqləyib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
Dünən, 12:57 Sabah yağış yağacaq
13-05-2024, 12:57 Sabah yağış yağacaq

{sape_links}{sape_article}