Putin Suriyanın ərazi bütövlüyünü dəstəkləyib
Tarix: 29-01-2026 08:31 | Bölmə: Dünya

Putin Suriyanın ərazi bütövlüyünü dəstəkləyib

Rusiya lideri Kremldə Suriya prezidenti Əhməd əl-Şaraanı qəbul edib.

Reyting.az xarici KİV-ə istinadla xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Suriya hökumətinin ölkənin ərazi bütövlüyünü bərpa etmək səylərini dəstəklədiyini bildirib.

Putin deyib ki, Əl-Şaraanın oktyabrda Moskvaya sonuncu səfərindən sonra Rusiya ilə Suriya arasında münasibətlərin bərpasında çox şey əldə edilib.

Rusiya prezidenti vurğulayıb ki, “İkinci Dünya Müharibəsi zamanı Dəməşqin müstəqilliyinin tanınmasından sonra Rusiya-Suriya münasibətlərində heç bir qaranlıq səhifə olmayıb”.

E. KAMAL





Bölməyə aid digər xəbərlər