General rütbəsi verilən gömrükçülər kimlərdir? - Fotolar
Tarix: 29-01-2026 18:02 | Bölmə: Xəbərlər

General rütbəsi verilən gömrükçülər kimlərdir?

Prezident İlham Əliyevin Sərəncamı ilə Dövlət Gömrük Komitəsinin 4 əməkdaşına ali xüsusi rütbə verilib.

Reyting.az general-mayor ali xüsusi rütbəsi verilən gömrükçülərin dosyesini təqdim edir:

Fuad Elxan oğlu Məmmədov (34 yaş) – uzun illər gömrük orqanlarında müxtəlif vəzifələrdə çalışıb. 2025-ci ilin mart ayında Dövlət Gömrük Komitəsi sədrinin müavini təyin edilib.

Fuad Mikayıl oğlu Aslanov (47 yaş) – əvvəllər DGK-nın Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin rəisi vəzifəsində işləyib. Hazırda Rəqəmsal İdarəetmə Baş İdarəsinin rəisidir.

Elmir Bahadur oğlu Ramazanov (38 yaş) - daha əvvəl Bakı Baş Gömrük İdarəsində rəis müavini vəzifəsində çalışıb. 2023-cü ildən indiyə kimi Bakı Baş Gömrük İdarəsinin rəisidir.

Qeyd edək ki, Prezidentin bugünkü Sərəncamı ilə Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırova da general-polkovnik ali xüsusi rütbəsi verilib.





Bölməyə aid digər xəbərlər
27-01-2026, 12:45 Arpaçay su anbarı donub