Cəbrayıla növbəti köç karvanı gedib - (Yenilənib)
Tarix: 28-01-2026 13:38 | Bölmə: Gündəm

Cəbrayıla növbəti köç karvanı gedib - (Yenilənib)

İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

Reyting.az xəbər verir ki, bu gün Cəbrayıl rayonunun Horovlu kəndinə növbəti köç karvanı yola salınıb.

Doğma yurda köçənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə Cəbrayıl rayonunun Horovlu kəndinə 20 ailə (77 nəfər) köçürülüb.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.

Onlar, həmçinin, torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

***

Növbəti köç karvanı Cəbrayıl rayonunun Horovlu kəndinə çatıb.

Reyting.az xəbər verir ki, köçürülən ailələrə mənzillərin açarlarının təqdimat mərasimi keçirilib.

Mərasimdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin rəsmiləri iştirak ediblər.





Bölməyə aid digər xəbərlər