Rusiya BMT-dən nəyi xahiş edir?
Tarix: 30-01-2026 09:55 | Bölmə: Siyasət

Rusiya BMT-dən nəyi xahiş edir?

“Əgər BMT Qrenlandiya xalqının öz müqəddəratını təyinetmə hüququnu tanıdığını açıq şəkildə bəyan edibsə, o zaman Donbas və Krım xalqları üçün də eyni hüququ tanımalıdır”.

Reyting.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov “Türkiye” qəzetinə müsahibəsində deyib.

“İndi biz bir daha BMT Baş katibi Antonio Quterreş və onun komandasına müraciət edirik: əgər BMT rəhbərliyi Qrenlandiya xalqının öz müqəddəratını təyinetmə hüququnu tanıyırsa, deməli, öz taleyini Qrenlandiya xalqı özü həll edir, kənardan kimsə yox. O zaman BMT Rusiyanın yeni regionlarında da bu hüququ tanıyacaqmı?” - Sergey Lavrov deyib.

E. KAMAL





Bölməyə aid digər xəbərlər