Ərdoğan: Türk dünyası XXI əsrə öz izini qoyacaq
Tarix: 30-01-2026 09:46 | Bölmə: Gündəm

Ərdoğan: Türk dünyası XXI əsrə öz izini qoyacaq

Ankara Özbəkistanın artan beynəlxalq nüfuzunu diqqətlə izləyir.

Reyting.az “Anadolu” agentliyinə istinadla xəbər verir ki, bu barədə Türkiyə prezidenti özbək həmkarı Şavkat Mirziyoyevlə görüşündən sonra danışıb.

Ankarada keçirilən Türkiyə-Özbəkistan danışıqlarından və iki ölkə arasında müxtəlif müqavilələrin imzalanma mərasimindən sonra prezident Rəcəb Tayyib Ərdoğan Özbəkistan prezidenti Şavkat Mirziyoyevlə birgə mətbuat konfransı keçirib. Türkiyə lideri Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının dördüncü iclasını yenicə yekunlaşdırdıqlarını qeyd edib. Ərdoğan “Birgə hərəkət etdiyimiz müddətdə Türk əsrinin tarixində öz izimizi qoyacağımıza əminik”, - deyə bildirib.

E. KAMAL





Bölməyə aid digər xəbərlər