Prezident iki nazir müavini təyin edib - Fotolar
Tarix: 27-01-2026 16:54 | Bölmə: Gündəm

Prezident iki nazir müavini təyin edib

Kənd təsərrüfatı naziri Məcnun Məmmədova iki yeni müavin təyin edilib.

Reyting.az Modern.az-a istinadla xəbər verir ki, Azərbaycan prezidenti bununla bağlı sərəncamlar imzalayıb.

Sərəncamlara əsasən, indiyədək nazirlikdə müşavir postunu tutan Zaur Əliyev və Bitkiçiliyin təşkili və monitorinq şöbəsinin müdiri Seymur Səfərli nazir müavini vəzifəsinə təyinat alıb.

Xatırladaq ki, Prezident İlham Əliyev dünən “Kənd Təsərrüfatı Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edib. Dövlət başçısının imzaladığı Fərmana əsasən, kənd təsərrüfatı nazirinin müavinlərinin sayı 3-dən 4-ə çatdırılıb.

Yeni təyinatlarla nazir müavinlərinin sayı 5-ə çatıb. Əvvəlki müavinlərdən hansının vəzifədən azad edildiyi hələlik açıqlanmayıb.





Bölməyə aid digər xəbərlər