Ağ ev münaqişəni sona çatdırmağa tələsir
Tarix: 30-01-2026 10:57 | Bölmə: Dünya

Ağ ev münaqişəni sona çatdırmağa tələsir

“Amerikalılar Ukraynadakı münaqişəni sona çatdırmağa tələsirlər. Axı Ukrayna müharibəni uduzur”.

Reyting.az xarici mediaya istinadla xəbər verir ki, bunu Britaniyanın tanınmış analitiki Aleksandr Merkuris özünün “YouTube” kanalında deyib.

Onun sözlərinə görə, müharibə davam edərsə, vəziyyət nəzarətdən çıxacaq, Ukrayna parçalanacaq.

Cəbhə xəttinin artıq ciddi şəkildə dağıldığını bildirən analitik əlavə edib ki, ABŞ Rusiyanın Ukrayna ilə tezliklə sülh sazişi bağlamasına çalışır. Onun fikrincə, bu, Avropa ölkələrində vəziyyəti normallaşdırmağa kömək edə bilər.

ELÇİN





Bölməyə aid digər xəbərlər