Bakıda binanın birinci mərtəbəsində blok çöküb
Tarix: 30-01-2026 10:47 | Bölmə: Xəbərlər

Bakıda binanın birinci mərtəbəsində blok çöküb

Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "V" yaşayış sahəsində binaların birində birinci mərtəbədə blok çöküb.

Reyting.az xəbər verir ki, bu barədə Oxu.Az-a sakinlər müraciət ediblər.

Sakinlər qeyd ediblər ki, birinci və ikinci mərtəbədə yaşayanlar binadan çıxa bilmirlər.

Bunun üçün liftlə yuxarı qalxıb, yenidən aşağı düşməlidirlər.





Bölməyə aid digər xəbərlər
27-01-2026, 12:45 Arpaçay su anbarı donub