Donald Tramp İlham Əliyevə təşəkkür edib
Tarix: 24-01-2026 09:20 | Bölmə: Gündəm

Donald Tramp İlham Əliyevə təşəkkür edib

ABŞ prezidenti Donald Tramp sülh sazişini dəstəklədiklərinə görə Azərbaycan prezidenti İlham Əliyevə və Ermənistan baş naziri Nikol Paşinyana təşəkkür edib.

Reyting.az xəbər verir ki, Tramp bu barədə sosial şəbəkə hesabında yazıb:

“Keçən ilin avqust ayında imzaladığımız sülh sazişini dəstəklədiklərinə görə Azərbaycan prezidenti İlham Əliyevə və Ermənistan baş naziri Nikol Paşinyana təşəkkür etmək istəyirəm. Bu, xoşagəlməz bir müharibə idi və mənim başa vurduğum 8 müharibədən biri idi. Amma indi bizim rifah və sülhümüz var”.





Bölməyə aid digər xəbərlər