Bakının dörd qəsəbəsinə metro xətti çəkiləcək
Keçmiş səfir: ...İrana hücum məsələsi ciddidir - Müsahibə
Prezident iki nazir müavini təyin edib - Fotolar
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
İran mühasirəyə alınır, tezliklə zərbə endirə bilərlər
Cəbrayıla növbəti köç karvanı gedib - (Yenilənib)
Nazir müavinlərinin sayı artırılıb
Buraxılış imtahanında yeni model tətbiq ediləcək
Vensin Bakı və İrəvana gəlməkdə məqsədi nədir?
Çinin 48 hərbi nəqliyyat təyyarəsi İrana silah daşıyır
Cəlaloğlu: İran dünya güclərinin hədəfində qalacaq
Xocalıya növbəti köç karvanları gedib - (Yenilənib) - Fotolar
Tarix: 26-01-2026 13:48 | Bölmə: Gündəm

"Donald Trampın rəhbərliyi altında İsrail və ABŞ İranın nüvə ambisiyalarını geri atıb".
Bunu İsrailin xarici işlər naziri Gideon Saar Bakıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, bu, həmçinin regionda təhlükəsizliyə töhfə verib: "İsrail hesab edir ki, İran heç bir şərtlə nüvə silahına sahib olmamalıdır".
***
İsrailin xarici işlər naziri Gideon Saar ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə Ermənistanla münasibətlərin nizamlanması prosesində əldə edilmiş irəliləyiş münasibətilə Azərbaycanı təbrik edib.
Bunu İsrailin xarici işlər naziri Gideon Saar Bakıda azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə mətbuat konfransında bildirib.
İsrailin XİN rəhbəri vurğulayıb ki, əldə edilmiş nəticələr Azərbaycan prezidenti İlham Əliyevin uğurlu daxili və xarici siyasəti sayəsində mümkün olub.
Onun sözlərinə görə, İlham Əliyevin müdrik siyasəti olmasaydı, regionda sülh olmazdı.
G. Saar, həmçinin qeyd edib ki, ölkənin inkişafı və çiçəklənməsi nəzərəçarpacaq səviyyədədir. Xüsusilə vurğulanıb ki, Azərbaycandakı yəhudi icması sabitlik və təhlükəsizlik şəraitində yaşayır. Nazir əlavə edib ki, İsrail xalqı bu dəstəyi yüksək qiymətləndirir.
Nazir deyib ki, İsrail və Azərbaycan sülhdə maraqlı olan ölkələrdir: "Diplomatik münasibətlərin qurulmasından etibarən əlaqələrimiz bir çox sahədə əhəmiyyətli dərəcədə genişlənib və dərinləşib. Üç il əvvəl Bakıda İsrail səfirliyinin açılması strateji tərəfdaşlığımızı daha da möhkəmləndirən mühüm addım olub".
***
İsrail-Azərbaycan münasibətləri ilbəil müsbət istiqamətdə inkişaf edir.
Bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov israilli həmkarı Gideon Saar ilə birlikdə Bakıda keçirilən mətbuat üçün brifinqdə deyib.
Nazir qeyd edib ki, iki dövlət arasındakı münasibət strateji xarakter daşıyır.
"Bu kontekstdə mütəmadi siyasi məslətləşmələr, strateji dialoqlar, parlamentlərarası dostluq qrupları əhəmiyyətlidir", C.Bayramov deyib.
O bildirib ki, iki ölkənin münasibətləri konteksində israilli həmkarı ilə iqtisadi əlaqələrin inkişafı, mövcud durumu, layihələr və yeni imkanlar barədə ətraflı danışıblar(Report).
Bölməyə aid digər xəbərlər
















“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər