Prezident icra başçısını vəzifədən azad edib - Foto
Bakının dörd qəsəbəsinə metro xətti çəkiləcək
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Prezident iki nazir müavini təyin edib - Fotolar
İran mühasirəyə alınır, tezliklə zərbə endirə bilərlər
Cəbrayıla növbəti köç karvanı gedib - (Yenilənib)
Buraxılış imtahanında yeni model tətbiq ediləcək
Çinin 48 hərbi nəqliyyat təyyarəsi İrana silah daşıyır
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Tarix: 31-01-2026 09:42 | Bölmə: Gündəm

Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) ilə əlaqədar dünya parlamentlərinə çağırış olunub.
Reyting.az xəbər verir ki, dünyanın 30 ölkəsindən 32 parlamentarinin iştirakı ilə yanvarın 30-da ilk dəfə olaraq Azərbaycanın şəhərsalma təcrübəsi və WUF13-ə həsr olunmuş "Parlamentlərin Dayanıqlı Şəhərlərin İnkişafında və Davamlı Şəhərsalmanın Təşviqində Rolu" adlı tədbir keçirilib.
Tədbirin məqsədi WUF13 çərçivəsində parlament diplomatiyasının təşviqinə töhfə vermək olub.
Tədbir Qlobal Parlamentari Akademiyasının (GCAP) üzvü kimi deputat Pərvanə Vəliyevanın təşəbbüsü ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi - "WUF13 Azərbaycan"la əməkdaşlıq çərçivəsində baş tutub. BMT sistemindən UN-Habitat və digər iki ixtisaslaşmış qurumun təmsilçiləri müzakirələrdə iştirak edib.
Tədbirdə çıxış edən xarici deputatlar öz ölkələrinin urbanizasiya təcrübələri barədə danışıblar.
Tədbiri açılış nitqi ilə açan deputat Pərvanə Vəliyeva xarici həmkarlarına təşəbbüsü dəstəkləyərək WUF13-ə həsr olunmuş iclasa qatıldıqlarına görə təşəkkür edib. Açılışda xüsusi qonaq qismində Dominikanın Ətraf mühit və Kəndlərin müasirləşdirilməsi naziri Kozier Frederik çıxış edərək, kiçik ada dövlətlərinin urbanizasiya təcrübələrindən və mövcud çətinliklərdən bəhs edib.
Bildirib ki, 2015-ci ildə Tropik Erika fırtınası və 2017-ci ildə Mariya qasırğasının törətdiyi dağıntılardan sonra anladıq ki, zəif tənzimləmə fəlakətlərin vurduğu zərərləri daha da artırır. Dominika parlamenti tikinti normalarını, zonalaşdırma qanunlarını və fiziki planlaşdırma sistemlərini gücləndirdi ki, mənzil siyasəti ilk növbədə insanların həyatını, yalnız bundan sonra bazar maraqlarını qorusun və gələcək nəsillər üçün dayanıqlı şəhərlər qurulsun.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin aparat rəhbərinin müavini, WUF13 Milli Koordinatorun müavini Gülşən Rzayeva ölkəmizin şəhərsalma təcrübəsi və Ümumdünya Şəhərsalma Forumuna hazırlıq prosesi barədə təqdimatla çıxış edib, tədbirin məqsədləri və iştirakın perspektivləri barədə məlumat verib. O, həmçinin müasir şəhərsalma təcrübələrinin tətbiqində qanunvericiliyin rolu və şəhərsalma forumlarında parlament diplomatiyasının vacibliyinə toxunub.
Müzakirələrdə iştirak edən xarici deputatlar Azərbaycanın WUF13-ə ev sahibliyini, eləcə də zəngin şəhərsalma təcrübəsini yüksək qiymətləndirərək, WUF13 Milli Koordinatora birgə müraciət ünvanlayıblar. Müraciətdə deyilir:
"Biz, 30 ölkəni təmsil edən parlament üzvləri olaraq qəbul edirik ki, şəhərlər bu günün ən aktual qlobal çağırışlarının mərkəzində dayanır və eyni zamanda onların həllinin əsas açar nöqtəsidir. Sürətli urbanizasiya, iqlim riskləri, bərabərsizlik, məcburi köçkünlük və dərinləşən qlobal yaşayış yeri böhranı əlaqələndirilmiş siyasi liderlik, qanunvericilik fəaliyyəti və davamlı investisiyalar tələb edir.
Biz yaşayış yerlərini sosial sabitliyin əsas dayağı kimi tanıyırıq. Dünyada milyardlarla insanı əhatə edən qlobal yaşayış yeri böhranına cavab olaraq aşağıdakı çağırışları edirik:
– Xüsusilə aşağı gəlirli qruplar, qadınlar, gənclər, miqrantlar və qaçqın/məcburi köçkünlər üçün əlçatan, adekvat və dayanıqlı yaşayış yeri həllərinin hazırlanması;
– Sosial yaşayış yeri, inklüziv zonalaşdırmanı və məsuliyyətli şəhər idarəçiliyini dəstəkləyən qanunvericilik çərçivələrinin formalaşdırılması.
Biz bir daha təsdiqləyirik ki, parlamentlər qlobal şəhər öhdəliklərinin milli qanunlara, siyasətlərə və maliyyələşmə mexanizmlərinə çevrilməsində həlledici rol oynayır.
Biz dünya üzrə parlamentləri aşağıdakılara çağırırıq:
– Dayanıqlı şəhər inkişafını milli inkişaf strategiyalarına, iqlim siyasətlərinə və büdcə çərçivələrinə inteqrasiya etmək;
– Yeni Şəhər Gündəliyi və Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olaraq iqlimədavamlı, inklüziv və insan-mərkəzli şəhərlərə qanunvericilik dəstəyini gücləndirmək;
– Xidmətlərə, mikromobilliyə, yaşıl məkanlara və əsas infrastruktur obyektlərinə ədalətli çıxışı təmin edən şəhər siyasətlərini təşviq etmək.
Biz Dünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının ev sahibi kimi Azərbaycan Respublikasına güclü dəstəyimizi ifadə edirik, Azərbaycanın dayanıqlı urbanizasiya üzrə qlobal dialoqu irəli aparmaq öhdəliyini və şəhərləri dayanıqlığın, sülhün və inklüziv inkişafın hərəkətverici qüvvəsi kimi mövqeləndirmək istiqamətində fəaliyyətini alqışlayırıq".
Müraciət yekdilliklə dəstəklənib.
Qeyd edək ki, parlamentarilər Ümumdünya Şəhərsalma Forumlarının əsas iştirakçı qruplarından biridir.
Xatırladaq ki, Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) bu ilin may ayında Azərbaycanda keçiriləcək.
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər