Hacıqabul rayonunda vulkan püskürüb
Tarix: 30-01-2026 18:51 | Bölmə: Xəbərlər

Hacıqabul rayonunda vulkan püskürüb

Yanvarın 30-da yerli vaxtla saat 16:53-də Hacıqabul rayonunda palçıq vulkanı püskürüb.

Reyting.az xəbər verir ki, bu barədə Respublİka Seysmoloji Xİdmət Mərkəzi (RSMX) məlumat yayıb.

Bildirilib ki, palçıq vulkanının püskürməsi AMEA nəzdində RSXM-nin vulkanətrafı seysmik stansiyaları tərəfindən qeydə alınıb. RSXM-nin "Zəlzələ ocaqlarının dinamikası" şöbəsinin məlumatına əsasən, palçıq vulkanının püskürməsi 13 dəqiqə davam edib, bir faza ilə xarakterizə olunub.

Püskürmənin dərinliyi 3 kilometr, püskürmə nəticəsində ayrılan enerji "3.38×10^6 coul" olub.





Bölməyə aid digər xəbərlər
27-01-2026, 12:45 Arpaçay su anbarı donub