13:08 / 26-03-2026
Sabah yağış yağacaq
Azərbaycanda iki müqəddəs bayram qeyd edilir
Tarix: 20-03-2026 10:24 | Bölmə: Gündəm

Azərbaycanda iki müqəddəs bayram qeyd edilir

Azərbaycanda iki müqəddəs bayram - Novruz və Ramazan bayramları qeyd edilir.

Reyting.az xəbər verir ki, Novruz yazın gəlişinin simvolu olan qədim xalq bayramıdır, mənası “Yeni gün”dür.

Novruz Şimal yarımkürəsində astronomik yazın başlandığı, gecə-gündüz bərabərliyi günündə (martın 20-si, 21-i və ya 22-də) keçirilir.

Bir sıra xalqlar yaz fəslinin gəlişini təbiətin canlanması ilə bağlayıb, bu münasibətlə şənliklər keçirib, onu yeni ilin başlanğıcı kimi bayram ediblər.

Qədim zamanlardan başlayaraq İran, Əfqanıstan, Tacikistan, Özbəkistan və bəzi başqa Şərq xalqları ilə yanaşı, Azərbaycan türkləri də baharın - yeni ilin gəlişini şənliklərlə qarşılayırlar.

Bu il yaz fəsli Azərbaycana 20 mart saat 18:46-da daxil olacaq.

Müqəddəs ay Ramazan isə Azərbaycanda fevralın 19-da başlayıb.

Qədr gecələri 8, 10, 12 və 16 mart tarixlərinə təsadüf edib.

Hər il olduğu kimi, bayram namazı bəzi məscidlərdə saat 08:00-da, bəzilərində isə 09:00-da qılınıb.

Qeyd edək ki, Novruz və Ramazan bayramları ilə əlaqədar 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29 və 30 mart qeyri-iş günüdür.





Bölməyə aid digər xəbərlər