13:08 / 26-03-2026
Sabah yağış yağacaq
İlham Əliyev Yunanıstan prezidentinə məktub göndərib
Tarix: 25-03-2026 11:30 | Bölmə: Gündəm

İlham Əliyev Yunanıstan prezidentinə məktub göndərib

Prezident İlham Əliyev Yunanıstan prezidenti Konstantinos Tasoulasaya təbrik məktubu göndərib.

Reyting.az xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,

Yunanıstan Respublikasının milli bayramı münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram. İnanıram ki, Azərbaycan ilə Yunanıstan arasında münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcəkdir.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, Yunanıstan xalqına əmin-amanlıq və rifah arzulayıram".





Bölməyə aid digər xəbərlər