16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Putin İlham Əliyev və Paşinyanla Qarabağla bağlı müzakirə aparıb
Tarix: 24-11-2020 18:46 | Bölmə: Gündəm
Putin İlham Əliyev və Paşinyanla Qarabağla bağlı müzakirə aparıb

Rusiya Prezidenti Vladimir Putinin Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla telefon danışıqları olub.

Bu barədə bu gün Kremlin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, telefon danışıqları zamanı Dağlıq Qarabağda Rusiya sülhməramlı qüvvələrinin işi və əhaliyə humanitar yardımın göstərilməsi ilə bağlı əlavə addımlar müzakirə olunub.

Telefon danışıqları zamanı regionda qarşılıqlı iqtisadi əlaqələrə, həmçinin nəqliyyat-kommunikasiya sisteminin bərpası məsələlərinə toxunulub.

Bundan başqa, V. Putin Azərbaycan Prezidenti İlham Əliyev və N. Paşinyanla Qarabağla bağlı razılaşmanın icrası və Rusiyanın qurumlararası nümayəndə heyətinin 21 noyabrda Bakı və İrəvana baş tutmuş səfərinin nəticələrini də müzakirə edib/APA.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}