19:36 / 07-11-2025
Yaşar Güler Bakıya gəlib
16:45 / 07-11-2025
Tiktoker həbs edilib
Hava limanında partlayış olub
Tarix: 07-11-2025 18:06 | Bölmə: Dünya
Hava limanında partlayış olub

Avstraliyanın Melburn şəhərindəki hava limanında “Qantas Hava Yolları”nın salonunda bir sərnişinin cibindəki portativ şarj cihazı həddindən artıq qızıb alovlanması nəticəsində ayaqları və barmaqları yanıb.

Reyting.az
xəbər verir ki, şarj cihazı tez bir zamanda alovlanıb və salonu tüstü bürüyüb.

Bundan sonra 250 nəfər təxliyə edilib. Adı açıqlanmayan 50 yaşlarında olan sərnişinin ayaqları və barmaqları yanıb. Ona hava limanı işçiləri ilkin tibbi yardım göstəriblər. Yaralı sərnişin xəstəxanaya aparılıb və müalicədən sonra evə buraxılıb.

“Qantas Hava Yolları”nın nümayəndəsi sərnişin salonunun təmizləndikdən təxminən iki saat sonra yenidən açıldığını bildirib. Məlumata görə, hava yolu sərnişinlər tərəfindən portativ şarj cihazları da daxil olmaqla, müxtəlif litium batareyalarının daşınması ilə bağlı siyasətini yenidən nəzərdən keçirir.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər