Fransanın 8 senatoru Qarabağla bağlı qətnaməyə verdikləri səsi geri götürüb
Tarix: 26-11-2020 17:09 | Bölmə: Gündəm
Fransanın 8 senatoru Qarabağla bağlı qətnaməyə verdikləri səsi geri götürüb

Fransa Senatında qondarma “Dağlıq Qarabağ Respublikası”nın tanınması haqqında qətnaməyə səs verən bir sıra senatorlar səslərini geri götürüb.

Məlumata görə, qətnaməyə səs verən senatorlar Férat Françoise, Philippe Bonnecarrière, Alain Duffourg, Évelyne Perrot, Nadia Sollogoub səslərini geri götrərək bitərəf olduqlarını bildiriblər.

Anne-Catherine Loisier, Hervé Maurey və Jean-Pierre Moga isə səslərini geri götürərək, ümumiyyətlə, səsvermədə iştirak etməkdən imtina etdiklərini bildiriblər.

Dəyişikliklərlə bağlı müraciətlər qəbul edilib və səsvermənin nəticələri dəyişdirilib/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər