Ceyhun Bayramov İtaliyanın XİN rəhbəri ilə Qarabağı müzakirə edib
Tarix: 27-11-2020 09:35 | Bölmə: Gündəm
Ceyhun Bayramov İtaliyanın XİN rəhbəri ilə Qarabağı müzakirə edib

Azərbaycan Respublikasının Xarici işlər naziri Ceyhun Bayramov İtaliyanın Xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Luici Di Maio ilə telefonla danışıb.

Xarici İşlər Nazirliyinin məlumatına görə, dünənki telefon danışığı zamanı nazirlər bölgədə son vəziyyəti müzakirə edib, o cümlədən 9 noyabr 2020-ci il tarixli tam atəşkəs və hərbi əməliyyatların dayandırılması ilə əlaqədar imzalanmış üçtərəfli bəyanatın icrası və bəyanatdan irəli gələn bir sıra məsələlərin həyata keçirilməsinin vacibliyini, bu bəyanatın bölgədə dayanıqlı sülh, təhlükəsizlik və rifahın təmin edilməsi baxımından əhəmiyyətini vurğulayıblar.

Nazirlər, həmçinin ölkələr arasında mövcud olan ikitərəfli əməkdaşlığın inkişafı barədə fikir mübadiləsi aparıblar. Çoxtərəfli formatlarda əməkdaşlığın genişlənməsi imkanlarını müzakirə ediblər.

Tərəflər, qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı da müzakirələr aparıblar.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər