10:02 / 07-07-2025
Ruslar Odessaya hücum edib
20:08 / 06-07-2025
BRICS Sammiti başlayıb
14:30 / 05-07-2025
Sabah yağış yağacaq
İraq parlamentinin Baş katibi Azərbaycan prezidentinə məktub göndərib
Tarix: 30-11-2020 16:41 | Bölmə: Gündəm
İraq parlamentinin Baş katibi Azərbaycan prezidentinə məktub göndərib

İraq parlamentinin Baş katibi Servan A.İsmail Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub göndərib.

Reyting.az xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident.


Sizi və Azərbaycan xalqını Ermənistanla atəşkəs razılaşmasının imzalanması və ərazi bütövlüyünüzün bərpası münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Şübhəsiz ki, bu tarixi atəşkəs razılaşması bölgədə ədalətin bərqərar olmasında mühüm mərhələdir.

Mən və çoxmilyonlu xalqımız Sizin rəhbərliyinizlə bu atəşkəs razılaşmasının reallaşmasında böyük rolu olan digər liderlərlə əməkdaşlığınızdan qürur duyuruq.

İnanıram ki, bu razılaşma hər iki ölkənin və bölgədəki bütün xalqların maraqlarını təmin edəcəkdir".




Bölməyə aid digər xəbərlər