Müdafiə Nazirliyi türkiyəli hərbçilərin Qarabağa gəlməsi ilə bağlı açıqlama yayıb
Tarix: 30-11-2020 21:00 | Bölmə: Gündəm
Müdafiə Nazirliyi türkiyəli hərbçilərin Qarabağa gəlməsi ilə bağlı açıqlama yayıb

Türkiyə Silahlı Qüvvələrinin mina və əldə düzəldilmiş partlayıcı qurğuların zərərsizləşdirilməsi üzrə mütəxəssisləri Azərbaycan Ordusuna işğaldan azad edilmiş ərazilərimizdə köməklik göstərməyə başlayıb.

Reyting.az
xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Türkiyəli hərbi mütəxəssislər həmin ərazilərin minalardan və partlayıcı qurğulardan təmizlənməsi işini həyata keçirəcək və mühəndis bölmələrimizə tədris məşğələləri təşkil edəcək: "Göstərdiyi dəstəyə görə qardaş Türkiyə Milli Müdafiə Nazirliyinə təşəkkürümüzü bildiririk".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}