21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Prezident Dövlət Proqramına dəyişiklik edib - Sərəncam
Tarix: 01-12-2020 14:31 | Bölmə: Gündəm
Prezident Dövlət Proqramına dəyişiklik edib

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 14 fevral tarixli 3672 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2018-2025-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafına dair Dövlət Proqramı”nda dəyişiklik edilməsi haqqında”  Sərəncam imzalayıb. 

Sərəncama əsasən, Dövlət Proqramının həyata keçirilməsi üzrə tədbirlər planına müvafiq dəyişikliklər edilib. 

Dəyişikliyə əsasən, DSK, TN, ƏƏSMN tərəfindən Peşə və orta-ixtisas təhsili müəssisələrinin məzunlarının məşğulluğuna dair seçmə statistik müayinənin metodologiyasının hazırlanması və müayinənin keçirilməsinə 2021-ci ildən başlanılacaq. Əvvəl bu müddət 2020-ci ildən başlaması nəzərdə tutulurdu.  

Həmçinin, DSK, NRYTN, DİN tərəfindən Avtomobil nəqliyyatı ilə sərnişin daşınmalarına dair seçmə statistik müayinənin keçirilməsinə də 2021-ci ildən başlanılacaq. 

Sərəncama əsasən, DSK, İN tərəfindən Sahibkarlıq subyektlərinin işgüzar fəallığının öyrənilməsinə dair rüblük seçmə statistik müayinənin keçirilməsi 2021-2024-cü illəri əhatə edəcək. Əvvəl bu prosesin 2020-2023-cü illəri əhatə etməsi müəyyən edilmişdi.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər