21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Vəkillər Kollegiyası ermənilərin vandalizmi ilə bağlı 230 beynəlxalq təşkilata müraciət edib
Tarix: 05-12-2020 12:11 | Bölmə: Gündəm
Vəkillər Kollegiyası ermənilərin vandalizmi ilə bağlı 230 beynəlxalq təşkilata müraciət edib

“Erməni silahlı qüvvələrinin işğalı altında olan tarixi Azərbaycan torpaqları azad edildikcə, bütün dünya erməni terrorunun daha bir üzü – mədəni, tarixi və ekoloji vandalizmin şahidi oldu. Erməni faşistləri boşaltdıqları ərazilərdə evləri, məktəbləri, tarixi-mədəni abidələri dağıdır və talayır, meşələri yandırır, ağacları kəsirdilər”.

Reyting.az
xəbər verir ki, bu, Azərbaycan Vəkillər Kollegiyasının məlumatında bildirilib.

Vəkillər Kollegiyasının məlumatında qeyd olunur ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəki memarlıq abidələrinin bir qisminin erməniləşdirilməsi, digər qisminin vandalizmə uğradılması ciddi təşviş doğurur: “Ermənistanın bu hüquqazidd əməlləri nəticəsində işğal altındakı Azərbaycan ərazilərində qalan islam dini abidələri, bağ, park və memarlıq ansamblları ermənilər tərəfindən dağıdılaraq artıq çoxdan tarixə çevrilmişdir.

Azərbaycan Respublikasının Vəkillər Kollegiyası hüquqi və faktiki cəhətdən əsaslandırılmış hesabat xarakterli müraciətini beynəlxalq hüquq-müdafiə təşkilatları, xarici ölkələrin vəkillər kollegiyaları və hüquq cəmiyyətləri daxil olmaqla, toplam 230 beynəlxalq təşkilata və ali qurumların 40 səlahiyyətli şəxslərinə ünvanlayaraq, Ermənistan Respublikası tərəfindən həyata keçirilən ekoloji və mədəni terrora qiymət verilməsinə və bu hərəkətlərin kəskin şəkildə qınanılmasına çağırıb”.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər