Bakıda hərbi parada hazırlıqlar davam etdirilir - Video
Tarix: 05-12-2020 17:53 | Bölmə: Gündəm
Bakıda hərbi parada hazırlıqlar davam etdirilir - Video

Dekabrın 10-da Bakı şəhərində Qələbə parad keçiriləcək.

Müdafiə Nazirliyindən Reyting.az-a verilən məlumata görə, Vətən müharibəsində qələbəyə həsr olunmuş hərbi parada hazırlıq məşqləri davam etdirilir.

Azadlıq meydanında keçiriləcək hərbi paradda 3000 nəfərdən artıq şəxsi heyət, 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər nümayiş etdiriləcək.

Paradda həmçinin Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş olunacaq.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}