21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Əmək Məcəlləsinə Zəfər və Anım günləri ilə bağlı dəyişiklik ediləcək
Tarix: 06-12-2020 20:30 | Bölmə: Gündəm
Əmək Məcəlləsinə Zəfər və Anım günləri ilə bağlı dəyişiklik ediləcək

Azərbaycan Respublikasında Zəfər Günü ilə bağlı Əmək Məcəlləsinə dəyişiklik edilir.

Reyting.az
APA-ya istinadla xəbər verir ki, bu barədə qanun layihəsi Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sabah videkonfrans formatında keçiriləcək iclasının gündəliyinə daxil edilib.

Əmək Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, hər il noyabrın 8-i Zəfər Günü olacaq.

Zəfər Günü iş günü hesab olunmayan bayram günlərinə aid ediləcək.

Qeyd edək ki, qanun layihəsi Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” 3 dekabr 2020-ci il tarixli sərəncamından irəli gəlir.

Onu da qeyd edək ki, Azərbaycan Respublikasında Anım Günü ilə bağlı da Əmək Məcəlləsinə dəyişiklik ediləcək. Bu dəyişikliklə bağlı qanun layihəsi də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sabah videkonfrans formatında keçiriləcək iclasının gündəliyinə daxil edilib.

Əmək Məcəlləsinə təklif edilən 106.1 maddəsinə (Azərbaycan Respublikasında Anım Günü) əsasən, hər il sentyabrın 27-i Azərbaycan Respublikasının işğal altında olan torpaqlarının azad edilməsi uğrunda həlak olmuş şəhidlərin xatirəsini yad etmə günü – Azərbaycan Respublikasında Anım Günü olacaq.

Qanun layihəsi Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında” 2 dekabr 2020-ci il tarixli sərəncamından irəli gəlir.





Bölməyə aid digər xəbərlər
bütün xəbərlər