21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Bakı ilə İrəvan nə vaxt birbaşa təmas quracaq? - Lavrovdan açıqlama
Tarix: 07-12-2020 17:50 | Bölmə: Gündəm
Bakı ilə İrəvan nə vaxt birbaşa təmas quracaq? - Lavrovdan açıqlama

“Dağlıq Qarabağ münaqişəsinin uzunmüddətli və dayanıqlı nizamlanmasının bir hissəsi regionda normal həyatın və ermənilərlə azərbaycanlılar arasında mehriban qonşuluğun qurulmasıdır”.


Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov erməni həmkarı Ara Avyazyanla danışıqlarının yekununa dair birgə mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, normal həyatın qurulması regionda yaşayan milli, etnik, konfessional və dini qrupların marağına da cavab verərdi: “Biz bunun fəal tərəfdarıyıq. Bu istiqamətdə atılacaq addımları aktiv dəstəkləyəcəyik. Bakı ilə İrəvan arasında birbaşa, o cümlədən rəhbərliklər arasında təmaslar nə vaxt baş tutacaq, buna azərbaycanlı və erməni həmkarlarımız özü qərar verəcək”.

Rusiya XİN başçısı bildirib ki, üçtərəfli bəyanatın imzalanması Dağlıq Qarabağ münaqişəsinin ədalətli əsasda, erməni və Azərbaycan xalqlarının maraqları çərçivəsində uzunmüddətli və dayanıqlı nizamlanması üçün bütün lazımi şəraiti yaradır: “Biz bir aya yaxındır ki, atəşkəsə riayət olunmasından məmnunuq. Qaçqınlar qayıdır. Həlak olanların cəsədlərinin və hərbi əsirlərin mübadiləsində, itkin düşənlərin axtarışında hərəkətlilik var. Bu kimi kəskin humanitar məsələlər tez bir zamanda həll olunmalıdır. Biz bərpa prosesində, iqtisadiyyat və infrastrukturun, səhiyyə sisteminin bərpa olunmasında maraqlıyıq. Ümumilikdə dinc həyatın təmin olunması Dağlıq Qarabağ ərazisində ermənilərlə azərbaycanlılar arasında olduğu kimi, dövlətlərarası planda da mehriban qonşuluq münasibətlərinin qurulmasına kömək edərdi. Bu, regionda yaşayan xalqların və ölkələrin rifahı naminə inam və əməkdaşlıq atmosferinin formalaşmasına da yardım edərdi. Əminik ki, müxtəlif dinlərin nümayəndələri, müxtəlif millətlər və fərqli inanclı insanlar harada olmasından asılı olmayaraq, sülh və təhlükəsiz şəraitində yaşamalıdır. Bu cür yanaşma Cənubi Qafqazın haqqıdır və biz buna hər cür dəstək verəcəyik”/APA.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər