Azərbaycanda daha 38 nəfər koronavirusdan vəfat edib - Foto
Tarix: 17-12-2020 14:36 | Bölmə: Gündəm
Azərbaycanda daha 38 nəfər koronavirusdan vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 4124 yeni yoluxma qeydə alınıb, 4205 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Reyting.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 38 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 191 460 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 127 064 nəfər müalicə olunaraq sağalıb, 2 088 nəfər vəfat edib, aktiv xəstə sayı 62 308 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 17 426, ötən müddət ərzində isə ümumilikdə 2 016 003 test aparılıb.





Bölməyə aid digər xəbərlər