Prezident: "Atəşkəs Ermənistan rəhbərliyinin nəzarəti altında olmayan yaraqlılar tərəfindən pozulub"
Tarix: 18-12-2020 14:19 | Bölmə: Gündəm
Prezident: "Atəşkəs Ermənistan rəhbərliyinin nəzarəti altında olmayan yaraqlılar tərəfindən pozulub"

“Bəyanatın imzalanmasından keçən ayyarım ərzində cəmi 1 atəşkəsi pozuntusu insidenti olub. Bizdə olan məlumata görə, bu, Ermənistan rəhbərliyinin nəzarəti altında olmayan “könüllülər qrupu”, əslində isə yaraqlılar tərəfindən törədilib”.

Reyting.az
xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev MDB Dövlət Başçıları Şurasının videokonfrans formasında keçirilən iclasında deyib.

“Həmçinin qeyd etmək istəyərdim ki, Ağdam rayonunda Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin yaradılması işləri gedir. O, bəyanatda da öz əksini tapıb. Mərkəz vəziyyətin müşahidəsini gerçəkləşdirəcək”, - dövlət başçısı xatırladıb.




Bölməyə aid digər xəbərlər