21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Baş nazir baş planı təsdiqləyib - Qərar
Tarix: 23-12-2020 12:09 | Bölmə: Gündəm
Baş nazir baş planı təsdiqləyib

Nazirlər Kabineti "Göyçay şəhərinin 2035-ci ilə qədərki dövrdə inkişafına dair “Göyçay şəhərinin Baş planı”nın təsdiq edib.

Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Belə ki, Göyçay şəhərinin təsdiq edilmiş Baş planı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutu tərəfindən hazırlanıb. Baş plan layihəsi 2035-ci ilə qədər olan dövrü əhatə edir.

Baş planda nəzərdə tutulan illər üzrə şəhər əhalisinin yaşayış fondu, sosial və mədəni-məişət xidməti obyektləri üçün ərazilər nəzərə alınıb, şəhərin inkişafına uyğun olaraq təbii landşaftın qorunması və ərazi zonalarının nəzərə alınması ilə məskunlaşmanın aparılması prinsipi qorunub.

Şəhərin infrastrukturunu təşkil edən nəqliyyat və mühəndis-kommunikasiya təminatı sistemlərinin genişləndirilməsi nəzərə alınıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər