Ermənilər təşvişdə: “Gorus-Qafan yolunda çox sayda türk var” - Video
Tarix: 28-12-2020 23:24 | Bölmə: Gündəm
Ermənilər təşvişdə: “Gorus-Qafan yolunda çox sayda türk var”

Ermənilər Gorus-Qafan dövlətlərarası yolunun Azərbaycana aid hissəsində çox sayda Azərbaycan əsgərinin olmasından əsassız narahatlıq keçirirlər.

Reyting.az
-ın erməni KİV-lərinə istinadla verdiyi məlumata görə, Gorus bələdiyyəsinin sədr müavini İrina Yolyan Facebook-da yazıb ki, Gorus-Qafan yolunda çox sayda türk var.

Sədr müavini qeyd edib ki, əsgərlər əraziyə bir lövhə qoyurlar. Lövhədə "Azərbaycana xoş gəlmisiniz", - yazılıb.

İ. Yolyanın bundan qəzəbləndiyi və ermənilərin narahat olduqları bildirilir. Görəsən, işğalçı ölkənin vətəndaşları Azərbaycanın beynəlxalq səviyyədə tanınan sərhədlərinin bərpasından niyə narahat olurlar?







Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}