Prezident bir qrup şəxsi "Şöhrət" və "Şərəf" ordenləri ilə təltif edib - Siyahı
Tarix: 30-12-2020 19:26 | Bölmə: Gündəm
Prezident bir qrup şəxsi  "Şöhrət" və "Şərəf" ordenləri ilə təltif edib

Bu gün Prezident İlham Əliyev daha bir neçə nəfəri “Şöhrət” ordeni ilə təltif edib.

Reyting.az
xəbər verir ki, Azərbaycan Prezidentinin sərəncamı ilə səfir Həsən Əziz oğlu Həsənov Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə “Şöhrət” ordeni ilə təltif edilib.

Digər sərəncamla Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə deputat Elman Camal oğlu Məmmədov “Şöhrət” ordeni ilə təltif edilib.

Digər sərəncamla Azərbaycan milli musiqi sənətinin inkişafında böyük xidmətlərinə görə Mənsum İsrafil oğlu İbrahimov “Şərəf” ordeni ilə təltif edilib.

Prezidentin başqa bir sərəncamı ilə Azərbaycan Respublikasının ictimai həyatında səmərəli fəaliyyətinə görə Tənzilə Yolçu qızı Rüstəmxanlı “Şöhrət” ordeni ilə təltif edilib.

Prezident İlham Əliyev Nailə Məmmədəli qızı Vəlixanlının “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Prezident İlham Əliyevin başqa bir sərəncamı ilə Azərbaycan Respublikasında elm və təhsilin inkişafında böyük xidmətlərinə görə Kamal Mehdi oğlu Abdullayev “Şərəf” ordeni ilə təltif edilib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}