Prezident İlham Əliyev xorvatiyalı həmkarına başsağlığı verib
Tarix: 30-12-2020 23:19 | Bölmə: Gündəm
Prezident İlham Əliyev xorvatiyalı həmkarına başsağlığı verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xorvatiya Respublikasının Prezidenti Zoran Milanoviçə başsağlığı məktubu ünvanlayıb.

Reyting.az
xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident.

Ölkənizdə baş vermiş zəlzələ nəticəsində insan tələfatı və dağıntılar barədə xəbər məni olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Xorvatiya xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}