Azərbaycanda daha 803 nəfər koronavirusa yoluxub, 30 nəfər vəfat edib
Tarix: 03-01-2021 18:05 | Bölmə: Gündəm
Azərbaycanda daha 803 nəfər koronavirusa yoluxub, 30 nəfər vəfat edib

Azərbaycanda son sutkada koronavirus infeksiyasına 803 yeni yoluxma faktı qeydə alınıb, 2 918 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Reyting.az-a bildirilib ki, son sutkada 30 nəfər COVID-19-dan vəfat edib: "İndiyədək ölkədə ümumilikdə 220 265 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 194 843 nəfər müalicə olunaraq sağalıb, 2 733 nəfər vəfat edib. Hazırda 22 689 aktiv xəstə var.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 200, bu günə qədər isə ümumilikdə 2 210 426 test icra olunub".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}