Prezident İlham Əliyev Rusiya Hökumətinin sədr müavini ilə görüşüb
Tarix: 03-01-2021 23:15 | Bölmə: Gündəm
Prezident İlham Əliyev Rusiya Hökumətinin sədr müavini ilə görüşüb

Yanvarın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə ölkəmizdə səfərdə olan Rusiya Federasiyası Hökumətinin sədr müavini, Rusiya-Azərbaycan İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədri Aleksey Overçukun görüşü keçirilib.

Reyting.az
xəbər verir ki, Rusiya Federasiyası Hökumətinin sədr müavini, Rusiya-Azərbaycan İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədri Aleksey Overçuk Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin salamlarını dövlətimizin başçısına çatdırıb.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Rusiya dövlətinin başçısına çatdırmağı xahiş edib.

Söhbət zamanı Azərbaycan ilə Rusiya arasında strateji tərəfdaşlığa əsaslanan dostluq münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi qeyd olunub. Bildirilib ki, 2020-ci ildə koronovirus pandemiyasına baxmayaraq, iqtisadi sahədə əlaqələr inkişaf edib. Bu baxımdan keçən ilin sonlarında Hökumətlərarası Komissiyanın Azərbaycan tərəfindən həmsədri Şahin Mustafayevin Rusiyaya, Komissiyanın Rusiya tərəfindən həmsədri Aleksey Overçukun isə hazırda ölkəmizə səfər etməsi bu əməkdaşlığın yaxşı göstəricisi kimi dəyərləndirilib.

Görüşdə 2021-ci ildə Azərbaycan ilə Rusiya arasında iqtisadi, enerji, nəqliyyat, kənd təsərrüfatı sahələrində əməkdaşlıq istiqamətləri müzakirə edilib, əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}