Azərbaycanda daha 334 nəfər koronavirusa yoluxub, 28 nəfər vəfat edib
Tarix: 04-01-2021 19:56 | Bölmə: Gündəm
Azərbaycanda daha 334 nəfər koronavirusa yoluxub, 28 nəfər vəfat edib

Azərbaycanda bu gün koronavirus infeksiyasına 334 yeni yoluxma faktı qeydə alınıb, 1 891 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Reyting.az
xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, son sutkada 28 nəfər “COVID-19”dan vəfat edib: "Azərbaycanda indiyədək ümumilikdə 220599 nəfər koronavirus infeksiyasına yoluxub.

Onlardan 196734 nəfər müalicə olunaraq sağalıb, 2761 nəfər vəfat edib, aktiv xəstə sayı 21104 nəfərdir.

Ölkədə son sutka ərzində 3768, hazırkı dövrədək isə 2214194 test aparılıb".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}