21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Nazirlər Kabineti: "Vətəndaşlara maddi yardım göstərilməsinə başlanılıb"
Tarix: 05-01-2021 13:08 | Bölmə: Gündəm
Nazirlər Kabineti: "Vətəndaşlara maddi yardım göstərilməsinə başlanılıb"

Sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikası ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı Azərbaycan Respublikasının Prezidentinin 06 noyabr 2020-ci il və 14 dekabr 2020-ci il tarixli Sərəncamlarının icrası prosesi yeni mərhələyə daxil olub.

Nazirlər Kabinetindən Reyting.az-a verilən məlumata görə, artıq Prezidentin ziyan dəymiş vətəndaşlara ilkin maddi yardım verilməsi haqda 14 dekabr 2020-ci il tarixli Sərəncamının icrasına başlanılıb.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər