Azərbaycanda daha 802 nəfərdə koronavirus aşkarlanıb, 31 nəfər ölüb
Tarix: 05-01-2021 16:37 | Bölmə: Gündəm
Azərbaycanda daha 802 nəfərdə koronavirus aşkarlanıb, 31 nəfər ölüb

Azərbaycanda son sutkada koronavirus infeksiyasına 802 yeni yoluxma faktı qeydə alınıb, 2 479 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Reyting.az-a verilən məlumata görə, son sutkada 31 nəfər COVID-19-dan vəfat edib: "İndiyədək ölkədə ümumilikdə 221 401 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 199 213 nəfər müalicə olunaraq sağalıb, 2 792 nəfər vəfat edib. Hazırda 19 396 aktiv xəstə var.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 435, bu günə qədər isə ümumilikdə 2 222 629 test icra olunub".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}