18:00 / 06-05-2024
DSMF-də yoxlama başlayıb
Ağdamın iki kəndi minalardan təmizlənib
Tarix: 06-01-2021 12:55 | Bölmə: Gündəm
Ağdamın iki kəndi minalardan təmizlənib

Ağdam rayonunun işğaldan azad olunan iki kəndi minalardan təmizlənib.

Reyting.az
xəbər verir ki, bu barədə Ağdam Rayon İcra Hakimiyyətindən bildirilib.

Məlumata görə, rayonun Ağdamkənd və Sarıcalı kəndlərinin ərazisi demək olar ki tam olaraq minalardan təmizlənib, digər kəndlərdə isə təmizlənmə işləri aparılır.

Hazırda rayonun Qiyaslı və Şahbulaq kəndləri istiqamətində təmizləmə işləri aparılır.

Xatırladaq ki, Ağdam rayonu 2020-ci ilin noyabrın 20-də erməni işğalından azad edilib. Hazırda Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) ilə yanaşı Rusiya Fövqəladə Hallar Nazirliyinin əməkdaşları da Ağdam rayonunun minalardan təmizlənməsi prosesində iştirak edir.(Trend)





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}