18:00 / 06-05-2024
DSMF-də yoxlama başlayıb
Azərbaycanda daha 799 nəfər koronavirusa yoluxub, 26 nəfər vəfat edib
Tarix: 06-01-2021 16:37 | Bölmə: Gündəm
Azərbaycanda daha 799 nəfər koronavirusa yoluxub, 26 nəfər vəfat edib

Azərbaycanda son sutkada koronavirus infeksiyasına 799 yeni yoluxma faktı qeydə alınıb, 2383 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Reyting.az
xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, son sutkada 26 nəfər COVID-19-dan vəfat edib: "İndiyədək ölkədə ümumilikdə 222 200 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 201 596 nəfər müalicə olunaraq sağalıb, 2 818 nəfər vəfat edib. Hazırda 17 786 aktiv xəstə var.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 364, bu günə qədər isə ümumilikdə 2 231 993 test icra olunub".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}