21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
İcra hakimiyyətlərində yeni şöbə yaradılır - Fərman
Tarix: 07-01-2021 12:14 | Bölmə: Gündəm
İcra hakimiyyətlərində yeni şöbə yaradılır

Azərbaycanda rayon, şəhər və icra hakimiyyətlərində Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi yaradılır.

Reyting.az
xəbər verir ki, bu, Prezident İlham Əliyevin “Azərbaycan Respublikası şəhər, rayon və şəhər rayonu icra hakimiyyəti başçısı aparatının, icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin nümunəvi strukturu və ştat vahidlərinin sayı”nda dəyişiklik edilməsi ilə bağlı Fərmanında nəzərdə tutulub.

Dəyişikliyə əsasən, “Bakı Şəhər İcra Hakimiyyəti, Səbail, Nəsimi, Nərimanov, Nizami, Xətai, Yasamal, Xəzər, Qaradağ, Sabunçu, Suraxanı, Pirallahı və Binəqədi rayonlarının icra hakimiyyətlərinin, Gəncə Şəhər İcra Hakimiyyəti, Sumqayıt Şəhər İcra Hakimiyyəti, Şirvan və Mingəçevir Şəhər İcra hakimiyyətləri, Lənkəran Şəhər İcra Hakimiyyəti, Yevlax və Şəki Şəhər İcra hakimiyyətləri, Naxçıvan Şəhər İcra Hakimiyyəti, Naftalan Şəhər İcra hakimiyyətlərinin aparatlarının strukturunda bununla əlaqədar müvafiq dəyişiklik edilib.

Eyni zamanda Azərbaycanın digər rayonlarında da yeni şöbənin yaradılması ilə "Rayon icra hakimiyyəti başçısı aparatının nümunəvi strukturu"nda müvafiq dəyişiklik edilib.

Yeni şöbə Şöbə müdiri və Böyük məsləhətçi ştatlarından ibarət olacaq.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər