Azərbaycanda daha 633 nəfər koronavirusa yoluxub, 21 nəfər vəfat edib
Tarix: 09-01-2021 17:01 | Bölmə: Gündəm
Azərbaycanda daha 633 nəfər koronavirusa yoluxub, 21 nəfər vəfat edib

Azərbaycanda son sutkada koronavirus infeksiyasına 633 yeni yoluxma faktı qeydə alınıb, 1 682 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Reyting.az-a bildirilib ki, son sutkada 21 nəfər COVID-19-dan vəfat edib: "İndiyədək ölkədə ümumilikdə 224 050 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 207 088 nəfər müalicə olunaraq sağalıb, 2 890 nəfər vəfat edib. Hazırda 14 072 aktiv xəstə var.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 264, bu günə qədər isə ümumilikdə 2 259 555 test icra olunub".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}