16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Azərbaycanda daha 601 nəfər koronavirusa yoluxub, 19 nəfər vəfat edib
Tarix: 10-01-2021 16:13 | Bölmə: Gündəm
Azərbaycanda daha 601 nəfər koronavirusa yoluxub, 19 nəfər vəfat edib

Azərbaycanda son sutkada koronavirusa 601 yeni yoluxma faktı qeydə alınıb, 1 593 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Reyting.az-a verilən məlumata görə, son sutkada 19 nəfər COVID-19-dan vəfat edib:

"İndiyədək ölkədə ümumilikdə 224 651 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 208 681 nəfər müalicə olunaraq sağalıb, 2 909 nəfər vəfat edib. Hazırda 13 061 aktiv xəstə var.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 368, bu günə qədər isə ümumilikdə 2 267 923 test icra olunub".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}