Qorbaçov Qarabağ probleminin həllindən danışıb
Tarix: 11-01-2021 11:57 | Bölmə: Gündəm
Qorbaçov Qarabağ probleminin həllindən danışıb

“Dağlıq Qarabağ probleminin həllinə Rusiyanın kömək edə biləcəyinə ümid edirəm. Burada aparıcı rol Ermənistan və Azərbaycana qalır. Hər iki tərəfin maraqlarına uyğun “qalib və məğlub olmadan” bir həll yolu tapmaq lazımdır”.

Reyting.az
xəbər verir ki, bu sərsəm açıqlama ilə SSRİ-nin sonuncu prezidenti, Dağlıq Qarabağ münaqişəsinin yaradıcısı olan Mixail Qorbaçov çıxış edib.

M. Qorbaçov deyib ki, Qarabağa gəldikdə, bu, köhnə və kökü keçmişdə olan çox çətin bir sualdır: “Bu problem qalxdıqda hər iki respublikaya kömək etməyə çalışdıq. Rusiya buna cəhd etdi”.

Qorbaçov hesab edir ki, döyüş əməliyyatları bitdikdən sonra bunun üzərində dayanmaq, problemin on illər boyu həll olunmamış buraxmamaq vacibdir: “Ümid edirəm ki, Rusiya köməklik edə biləcək, amma əsas rol münaqişə tərəflərinə aiddir. Ermənistan və Azərbaycan onun həllinə dair danışıqlar aparmağı öz öhdələrinə götürdülər. Qərar qalıb və problemin həlli “uduzan tərəf olmadan” hər iki tərəfin maraqlarına uyğun olmalıdır”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}